Hərbçilərimiz beynəlxalq tədbirdə
14 İyun 2014 17:00 (UTC+04:00)
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri
beynəlxalq tədbirdə iştirak edəcək.
Movqe.az xəbər verir ki , Müdafiə Nazirliyindən
verilən məlumata görə, iyunun 16-dan 20-dək Almaniyanın Grafenvöhr
şəhərində "Rapid Trident – 2014" təliminin əsas planlaşdırma
konfransı keçiriləcək.
Silahlı Qüvvələrimizin nümayəndələri
Azərbaycan-ABŞ İş Planına əsasən keçirilən konfransda iştirak
edəcək.