İlham Əliyev Barrozunu qəbul etdi
14 İyun 2014 18:09 (UTC+04:00)
Prezident İlham Əliyevin və ölkəmizdə səfərdə olan
Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək görüşü
olub.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi
sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Energetika
sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı
perspektivlərin olduğu bildirilib. Joze Manuel Barrozunun
respublikamıza səfərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri
baxımından önəmi qeyd edilib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında
əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir
mübadiləsi aparılıb.