Bu gecə yatmamaq məsləhətdir
14 İyun 2014 19:00 (UTC+04:00)
Bu gün futbol üzrə Dünya çempionatında növbəti
oyunlar baş tutacaq.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
günün ilk matçında C qrupunun üzvləri Kolumbiya və Yunanıstan
millliləri qarşılaşacaq. Matç Bakı vaxtı ilə 21:00-da start
götürəcək.
Gecə saat 00:00-da isə D qrupunun komandaları
Uruqvayla Kosta-Rika münasibətlərinə aydınlıq gətirəcəklər. Günün
ən çox gözlənilən matçı isə 03:00-da start götürəcək. D qrupunun
favoritləri üz-üzə gələcək. İngiltərə İtaliyanın müqavimətini
qırmağa çalışacaq.
Qeyd edək ki, ötən gün dünya çempionatınən ilk
sensasiyası yaşanıb. Son dünya çempionu İspaniya kollektivi rəqibi
Hollandiyaya 1:5 hesabı ilə məşğlub olub.