Gəncə sakini sevdiyi qadını öldürdü
14 İyun 2014 19:36 (UTC+04:00)
Gəncədə intihar etdiyi ehtimal olunan qadının
öldürüldüyü məlum olub.
Movqe.az xəbər verir ki , Gəncə şəhər
Prokurorluğundan verilən məlumata görə, özünü bıçaqladığı deyilən
1976-cı il təvəllüdlü Mayisə Mürsəl qızı Ələkbərova demə
qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1983-cü il təvəllüdlü
Niyaz Hilal oğlu Bayramov tərəfindən qətlə
yetirilib.
Hadisə Gəncə şəhəri, Nizami rayonu, Puşkin küçəsi
ev 55-də baş verib.
Qadını öldürən Niyaz Bayramov polis tərəfindən
tutulub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq
gedir.