FTB-dən Gülənə zərbə

14 İyun 2014 20:15 (UTC+04:00)
ABŞ-da Federeal Təhqiqatlar Bürosu (FTB) Gülən camaatına məxsus məktəblərdə genişmiqyaslı araşdırmalara həyata keçirib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, FTB-nin əməkdaşları ötən həftə mərkəzi Çikaqo şəhərində yerləşən "Concept School"a məxsus Ohayo, İndiana və İlliyonis ştatlarında 19 məktəbdə araşdırmalara aparıb, bir sıra sənədlər götürülüb.

FTB əməkdaşı Viki Anderson bildirib ki, məktəblərdə araşdırmalar ABŞ Təhsil Nazirliyinin tələbi ilə həyata keçirilib.

"Təhsil Nazirliyi bizdən "Concept School"a məxsus 19 məktəbdə genişmiqyaslı federal araşdırmalar aöarmağımızı istəmişdi. Nazirlik tərəfindən məktəblərə yönəldilən fond vəsaitlərini və texniki heyət üçün istifadə edilən ictimai fondların vəsaitlərini araşdırdıq və təhqiqatlar davam etdiriləcək", Viki Anderson deyib.

FTB-nin "Concept School"a aid məktəblərdə araşdırmalara başlamasını türk müəllimlərinə qarşı aparılan təhqiqatların bir hissəsi olduğu təxmin edilir. "Concept School"un 26 ştatda fəaliyyət göstərən 140 məktəbinin əksəriyyəti ABŞ dövləti tərəfindən maliyyələşdirilir. İddia edilir ki, FTB-nin araşdırmaları zamanı bu məktəblərdə çalışan türk müəllimlərin vizalarının ictimai fondlar vasitəsi ilə təmin edilib. Bu isə ABŞ qanunlarına ziddir.