Bakıda əsgər əsgəri güllələdi
14 İyun 2014 21:09 (UTC+04:00)
Ötən gecə Bakıda hərbçi əsgər yoldaşını
ehtiyatsızlıq nəticəsində güllələyib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
müddətdən artıq xidmət edən kiçik çavuş 1992-ci il təvəllüdlü
Allahverdi Quliyev növbədə olarkən əlindəki avtomat silahdan atəş
açaraq əsgər, 1992-ci il təvəllüdlü Zahid Abdullayevi güllələyib.
Hadisə təhlükəsizlik qaydalarını pozulması nəticəsində baş
verib.
Zahid Abdullayev sağ ayağından yaralanıb. Dərhal
yaralı əsgər hərbi рospitala yerləşdirilib. Hazırda əsgərin
vəziyyəti yaxşıdır. Onun həyatı üçün təhlükə
yoxdur.
Movqe.az xəbər verir ki , Daxili Qoşunların
mətbuat xidmətindən faktı təsdiqləyiblər.