Erməni əsir qayıtmaq istəmir

14 İyun 2014 22:34 (UTC+04:00)
İyunun 11-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan tərəfdə saxlanılan hərbi əsir və mülki şəxslərə baş çəkib. 
Onun sözlərinə görə, saxlanılan hərbi əsir və mülki şəxslər ailələrinə məlumat göndərib. Eyni zamanda ailələri də göndərilən məlumatlara cavab verib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, erməni əsir Akop İnciqulyan ailəsinə 4 məktub göndərib. O, valideynləri, bacı və qardaşının hərəsinə bir məktub göndərib. Akop İnciqulyan məktubunda Ermənistana qayıtmaq istəmədiyini, üçüncü ölkəyə keçmək üçün ingilis dilini öyrənməyə başladığını yazıb. 

Qeyd edək ki, 2013-cü il avqustun 7-dən 8-ə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi, 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.