Ermənilərin Azərbaycana yeni torpaq iddiası
14 İyun 2014 23:07 (UTC+04:00)
Ermənistan tərəfi yenə sərsəmləyib. Movqe.az ANS
PRESS-ə istinadən xəbər verir ki, qondarma Dağlıq Qarabağ
respublikası parlamentinin deputatları gülünc iddia ilə çıxış
ediblər.
Parlamentdə çıxış edən deputatlar bildirib ki,
əgər növbəti Qarabağ müharibəsi başlasa, Azərbaycanın içərilərinə
doğru, Kür çayına kimi gedib çıxacağıq: "Biz torpaqlarımızı
itirməyəcəyik. Əksinə ermənilərin tarixi torpaqlarını bərpa
edəcəyik. Azərbaycanın qələbə qazanmağına imkan
verməyəcəyik".
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri Cənubi
Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir. 2003-cü ildə
Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda,
2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edib. Bu isə
Ermənisatının dövlət büdcəsindən belə çoxdur.