Velosipedçilər soyunub şəhərə çıxdılar

15 İyun 2014 11:00 (UTC+04:00)
Ötən gün dünyanın bir çox ölkələrində çılpaq velosipedçilərin yarışı başlayıb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu aksiya yollarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çağırış məqsədi ilə keçirilir.

Aksiya İngiltərə və Meksikada yüksək maraqla keçirilib. İştirakçılar aksiya daxilində velosipeddə tam, yaxud yarıçılpaq vəziyyətdə oturaraq yürüşlər ediblər. 

Velosipedçilər həmçinin, avtomobillərin şəhər üçün təhlükəli olmasına da diqqəti cəlb etməyə cəhd göstəriblər. 

Qeyd edək ki, çılpaq velosipedçilər günü hər il dünyanın 50-dən çox ölkəsində qeyd olunur.