İŞİD-i tərifləyən siyasətçi tutuldu

15 İyun 2014 11:15 (UTC+04:00)
Son günlər adı tez-tez hallanan İŞİD terror təşkilatını tərifləmək küveytli siyasətçiyə baha başa gəlib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Küveytdə müxalif partiyalardan olan Ümmət partiyasının rəhbəri Hakim əl-Matiri "Twitter" hesabında İŞİD təşkilatını təriflədiyi üçün polis tərəfindən tutulub.

Təhlükəsizlik nümayəndələri bildirib ki, Matiri sosial şəbəkə saytı "Twitter" bunları yazıb:
"İŞİD-in ölkəmiz Küveytin sərhədinə gəlməsini görməyimiz çox uzun çəkməyəcək və İŞİD Bağdadı azad edən kimi bayrağı burada da dalğalanacaq".

Qeyd edək ki, Ümmət Partiyasından verilən açıqlamada isə Matirinin hesabının hakerlər tərəfindən ələ keçirildiyi bildirilib. Bundan başqa partiya tərəfdarları Matirinin saxlanıldığı təhlükəsizlik binası qarşısında aksiya keçirməyə çağırılıb.