Çempionatda meydandan qovulan ilk futbolçu
15 İyun 2014 11:20 (UTC+04:00)
Dünya çempionatının ilk qırmızı vərəqəsi qeydə
alınıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Braziliyada keçirilən futbol üzrə dünya çempionatında "D" qrupunun
ilk matçı olan Uruqvay ilə Kosta-Rika komandaları qarşılaşmasında
builki ilk qırmızı vərəqə göstərilib. Meydandan qovulan ilk
futbolçu isə uruqvaylı Maksi Pereyra olub.
O, Kosta Rika ilə matçın 90+4-cü dəqiqəsində
qırmızı vərəqə alıb. Qarşılaşmanın alman hakimi Feliks Brix
Pereyranı meydandan Uruqvay 1:3 hesabı ilə uduzan zaman meydandan
qovub. Matç bu hesabla da başa çatıb.
Qeyd edək ki, dünya çempionatının ilk sarı
vərəqəsi və qolu braziliyalı Neymarın, ilk avtoqolu onun komanda
yoldaşı Marselonun aktivindədir.