Bakıda möhtəşəm şeir gecəsi
15 İyun 2014 12:12 (UTC+04:00)
İyunun 15-də Bakıda möhtəşəm şeir gecəsi
keçiriləcək.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu
gün saat 19:00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Milli
Qurtuluş Gününə həsr olunmuş və Türkiyənin məşhur şairi Camal Safi
başda olmaqla, qardaş Türkiyədən gəlmiş tanınmış şairlərin, eləcə
də ölkəmizin tanınmış şair və sənətçilərinin iştirakı ilə "Bir
millət iki dövlət: Azərbaycandan Anadoluya, Türk Dünyasına könül
körpüsü"adlı gecə və 9-cu Kapadokya Şeir şöləni "Qarabağdan Türk
Dünyasına könül körpüsü" adlı tədbir
keçiriləcək.
Tədbir millət vəkili Qənirə Paşayevanın rəhbərlik
etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin, Aşıq
Şəmşir Mədəniyyət Ocağı İB-nin, Beynəlxalq Avrasiya Mətbuat
Fondunun və "ÜRGÜP" FM-in (Kapadokiya) təşkilatçılığı ilə
keçiriləcək.
Qeyd edək ki, Bakıdan sonra Gəncə və Tovuzda,
Ermənistanla ön cəbhədə də geniş tədbirlər və gecələr
keçiriləcək.