Məşhur aktrisanın zorlanmaq arzusu
15 İyun 2014 12:26 (UTC+04:00)
Misirli aktrisanın açıqlaması ölkəsində geniş
müzakirələrə səbəb olub.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
misirli məşhur aktrisa Qada Abdel Razek ötən həftə Misirin
prezidenti Əbdülfəttah əs-Sisinin Tahrir meydanında cinsi təcavüzə
məruz qalan qadını ziyarət etdiyi zaman çəkilən şəkli paylaşaraq
yazdığı şərh böyük səs-küy doğurub.
Aktrisa sözügedən şəkli paylaşaraq, cinsi təcavüzə
məruz qalmağı arzuladığını və elə olacağı halda, Sisinin onu da
xəstəxanada ziyarət edəcəyini bildirib:
"Dünən çəkiliş meydançasında ikən Sisinin
xəstəxanada ziyarət etdiyi qadınla fotoşəkilini gördüm. Nə qədər
şanslıdır, elə deyilmi? Bizə də kimsə təcavüz edə
bilməz?"
"Siz çox hörmət edilən bir prezidentsiniz və sizi
seçdiyimiz üçün çox xoşbəxtik" - deyə, aktrisa həmçinin prezidentə
öz sevgisini çatdırıb.
Mesajın yayılması ilə ölkədə yüzlərlə adam
aktrisaya sərt reaksiya göstərib. Qadanın pərəstişkarları isə onun
zarafatla belə dediyini bildiriblər.