Oğlu ilə mübahisə edən 90 yaşlı kişi "Semaşko"da özünü öldürdü
15 İyun 2014 14:18 (UTC+04:00)
Dünən saat 14:20 radələrində 1 nömrəli Kliniki
Tibbi mərkəzdə 1924-cü il təvəllüdlü Kərimov Behbud Niftalı oğlu
yırtıqdan müalicə aldığı 1 nömrəli Kliniki Tibbi Mərkəzin 2 ci
mərtəbəsindən özünü ataraq intihar edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
həkimlərin və palata qonşularının sözlərinə görə intihardan bir
saat əvvəl mərhum oğlu ilə mübahisə edib. Ehtimala görə yırtıqdan
əməliyyat olunan və artıq evə yola salınmağa hazır olan atasını
oğlu aparmaq istəməyib və təklif edib ki, bir az daha xəstəxanada
qalsın.
Səhiyyə Nazirliyindən verilən məlumata görə,
mərhumun psixoloji pozğunluğu olmayıb.
Faktla bağlı cinayət işi açılıb.