Rusiyanın Ukraynadakı səfirliyinə hücum
15 İyun 2014 15:07 (UTC+04:00)
Ukraynda helikopterin vurulması ilə əlaqədar
millətçi fəallar Kiyevdə Rusiya səfirliyinin qarşısında etiraz
aksiyası keçiriblər. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
aksiya zamanı zorakılıqlar qeyd alınıb. Fəallar rus diplomatların
avtomobillərini aşırıb, səfirliyi yumurta atəşinə
tutublar.
Helikopterin vurulması 4 aydır ki, davam edən
silahlı qarşıdurmalar fonunda baş verən ən ağır itki
olub.
Ölkə prezidenti Pyotr Poroşenko vəziyyətlə
əlaqədar milli təhlükəsizlik şurasının fövqəladə iclasını keçirib.
Poroşenko daha sonra çıxışı zamanı bildirib ki, hökumət hücumda əli
olanları taparaq cəzalandıracaq.
Poroşenko terrorçulara adekvat cavab verəcəklərini
qeyd edib: "Luqansk və Mariupolda dəhşətli faciə baş verib. Sərhəd
keşikçilərimiz və əskərlərimiz öldürülüb. Ukrayna xalqının
müfadiəsi uğrunda ölənləri alqışlayıram. Ukrayna öz qəhrəmanlarına
matəm tutur. Ukrayna ordusu bu gün ilk dəfə ciddi hücumla
qarşılaşdı. Bizim silahlı qüvvələrimiz terrorçuları qovmağa
başlamışdı. Mən orduya xüsusilə sərhəd bölgələri nəzarətə götürmək
üçün tapşırıq vermişəm. Terrorçular bu bölgədən silah və maliyyə
dəstəyi əldə edirlər. Son 4 gündə xüsusi əməliyyatlar nəticəsində
Mariupolda, Luqansk və Donetskin 11 şəhərində sülh və asayiş bərpa
olunub"
Mariupolda hərbi helikopterin vurulması
nəticəsində 49 nəfər ölmüşdü.
Ötən gün, eyni zamanda, prezident sarayının
yanında partlayıcı maddələr aşkarlanarq zərərdizləşdirilib. Bu
barədə Yevranyuz telekanalı məlumat verib.