Ukrayna ordusu Luqanskdakı separatçıları məhv etdi
15 İyun 2014 16:08 (UTC+04:00)
Ukrayna Hərbi Hava Qüvvələrinin döyüşçüləri
Luqanskda yerləşən separatçılara məxsus iki döyüş postuna havadan
atəşə açıblar.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , bu
barədə Ukraynada antiterror əməliyyatı haqqında məlumat qrupunun
rəhbəri Vladislav Seleznyov açıqlama verib. O, qeyd edib ki, həmin
ərazidə yerləşən separatçılara məxsus bütün hərbi bazalar məhv
edilib.
Vladislav Seleznyov əməliyyatlar zamanı hələlik
Ukrayana ordusunun itki vermədiyini də sözlərinə alavə edib:
"Separatçıların bütün həmlələrinin qarşısı alınır"
Xatırladaq, bir neçə gün öncə Ukrayna prezidenti
Pyotr Poroşenko xalqa müraciət edib. O müraciətində bildirib ki,
ilk dəfə olaraq Ukrayna ordusu separatçılara qarşı əks-hücuma
keçib.