Meksikada zəfər Nietonun

3 İyul 2012 16:15 (UTC+04:00)
Movqe.Az bildirir ki, Meksikada bazar günü keçirilən seçkilərdə Təşkilati İnqilabçı Partiyanın namizədi Pena Nieto az bir fərqlə respublika başçısı seçilib. Nietonun rəqibi sol partiyanın namizədi Lopez Obrador isə seçki nəticələrinə etiraz edərək bildirib:

"Vətəndaşların verdiyi səslərə tam mənasıyla hörmət göstərildiyindən əmin olmadan hər hansı bir nəticəni qəbul etməyim mümkün deyil. Nizamsızlıqlarla bağlı bütün ifadələrin və sandıq nəticələrinin yenidən nəzərdən keçirilməsini tələb etdik. Bəli seçki nəticələrinə etiraz edirik. "

Səslərin 38 faizini alan ölkənin yeni lideri seçilən Pena Nieto partiyasını 12 il aradan sonra yenidən iqtidara daşımış oldu. Ancaq başqa partiyalarla da əməkdaşlıq etməsi lazım olacaq.

Meksikanın yeni liderinin ilk vədi ölkədə həyat şərtlərinin daha da irəliləməsi şəklində olub.

Nieto əsas işlərin enerji, iş həyatı və vergi tənzimləmələri olduğunu açıqlayıb.

Meksika Latın Amerikanın ikinci böyük iqtisadiyyatı və son dövrdə xüsusilə şiddətli mafiya hesablaşmaları, cinayətlər və adam qaçırmalar kimi hadisələrlə gündəmə gəlib.

Seçki nəticələrinin müəyyən olmasından sonra küçələrə tökülən tələbələr Meksikanın yeni liderinə etiraz ediblər.