Ukraynalılar Rusiyaya qaçır

15 İyun 2014 21:15 (UTC+04:00)
"Bir neçə gün ərzində Rusiya sərhədini 10 mindən çox ukraynalı keçib". 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti yanında uşaq ombudsmanının rəsmisi Pavel Astaxov deyib. 

"Son günlərdə Ukraynadan Rusiyaya 10 min 823 nəfər ukraynalı sərhədi keçib. Bu rəqəm Rusiyadan Ukraynaya keçən RF vətəndaşları üçün 3786 nəfərdir", - deyə şəxsi İnstagram səhifəsində Astaxov bildirib. 

Uşaq ombudsmanının sözlərinə görə keçən sutkalar ərzində 920 Ukrayna vətəndaşının qaçqınlığı müəyyənləşərək kömək edilib. Bunlardan 328-i uşaq olub. 

Astaxov əlavə edib ki, Rostov ərazisində 26 müvəqqəti yaşayış qəsəbələrində 1 min 568 adam var. Bunlardan 812-si uşaqdır. Eləcə də qəsəbədə yerləşdirilən 6 əlildən də 5-i uşaqdır. 

"Qohum və tanışlarında iki min 663 nəfər məskunlaşıb. Bunlardan da 921-i uşaq, 19-u isə əlildir", - deyə Astaxov vurğulayıb. O bildirib ki, Rostov bölgəsinin hər bir bələdiyyə məntəqəsində humanitar yardım yığılması təşkil edilib. Yığılan 26 min 858 ton yardımdan 9 109 tonu paylanılıb.