Bu gün Azərbaycanda gimnastikanın inkişafı üçün gözəl şərait yaradılıb
15 İyun 2014 20:06 (UTC+04:00)
"Üç gündür ki, hər gün gəlib bədii gimnastika üzrə
Avropa çempionatına tamaşa edirik və çox bəyənirik". Movqe.az xəbər
verir ki , bu barədə Trend-ə gimnastika həvəskarı Rüqayə Xanlarova
deyib.
R.Xanlarova bildirib ki, Azərbaycan gimnastları da
çox gözəl çıxış edirlər: "Mən bir ana kimi, Mehriban xanım
Əliyevaya çox təşəkkür edirəm, çünki Mehriban xanım nəinki Bakıda,
regionlarda da gimnastikanın inkişafı üçün gözəl şərait
yaradıb".
Bir neçə il xaricdə yaşadığını deyən R.Xanlarova
qeyd edib ki, Azərbaycanda gimastikanin inkişafı üçün yaradılan
şərait xarici ölkələrdə belə yoxdur: "Xüsusilə də bu yeni Milli
Gimnastika Arenası çox möhtəşəmdir. Heç mən xaricdə də belə gözəl
arena görməmişəm. Ona görə də bütün xalqımız cənab Prezident İlham
Əliyevi də, Mehriban xanımı da sevir. Bu gün Azərbaycanın hər
yerində böyük idman kompleksləri tikilib və tikilməkdə davam edir.
Halal olsun bizim prezidentimizə də, onun xanımı Mehriban xanıma
da".