Şəkidə dəhşətli qəza baş verib

15 İyun 2014 21:09 (UTC+04:00)
Şəkidə dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Movqe.az xəbər verir ki , Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, rayonun Aşağı Küncüt kəndində "KAMAZ" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarına aşıb. 

Hadisə nəticəsində bir nəfər avtomobilin içərisində sıxılmış vəziyyətdə qalıb.

FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. 

Xilasedicilər yük maşının içində sıxışıb qalan şəxsi xilas edərək ailəsinə təhvil veriblər.