Dünyanın ən böyük filini öldürdülər

16 İyun 2014 10:12 (UTC+04:00)

Keniyanın simvolu olan, Afrikanın həyatdakı son uzun dişli fili Satao, vicdansız ovçular tərəfindən qiymətli dişləri üçün öldürülüb.


Movqe.Az xəbər verir ki, dünyanın ən böyük və ən məşhur fillərindən biri olan Satao, qaçaq ovçular tərəfindən zəhərli oxla vurulduqdan sonra öldürülüb.


Keniyanın simvolu 50 yaşındakı Sataonun, tanınmasının ən böyük səbəbi olan dişləri üçün öldürüldüyü deyilir. Satao, iki ildir qaçaq ovçulara qarşı Keniyada olan Şərqi Tsavo Milli Parkında GPS sistemi ilə xüsusi qorunmada idi. Ancaq zəhərli oxla uzaqdan vurularaq təsirsiz hala gətirilən fil, ovçuların hədəfi olmaqdan xilas ola bilməyib. Səlahiyyətlilər, filin dişlərinin alınmış və bədəninin qan içində olduğunu, hadisə yerinə çağırılan baytar müdaxiləsinin də Sataonun həyata qaytara bilmədiyini açıqlayıb.