"Mənə 2 ay verin üsyanı yatırım"

3 İyul 2012 16:51 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan "Debkafile" internet saytı Suriya lideri Bəşər Əsədin həftə sonunda Kremllə danışaraq, müxalif nümayişlərini yatırmaq üçün 2 ay daha müddətə ehtiyacı olduğunu söylədiyini yayıb. Əsədin Rusiya kəşfiyyat və Xarici İşlər Nazirliyinin rəsmiləri ilə apardığı telə-konfransda, müxalifləri ortadan qaldırmaq üçün tətbiq etdiyi yeni planından bəhs etdiyi ifadə edilir.

2 MƏRHƏLƏLİ PLAN

"Debka"ya görə Əsədin planı iki mərhələdən ibarətdir:

1. Şam rəhbərliyi 16 aydır davam edən nümayişləri yatırmağı baçarmayan yaşlı komandirləri təqaüdə göndərir. Təzminatları ödənən komandirlər iş avtomobili və vəzifədə olduğu vaxt faydalandıqları digər xidmətləri də istifadə edə bilər. Təqaüdə çıxanların yerlərinə isə müxaliflərə qarşı qanlı əməliyyatları icra edən Şebiha milislərinin gənc komandirləri gətirilir.

2. Əsəd, "yeni taktikaları" daxilində zorakılığın dozasını artırmaq üçün, yeni vəzifə verilən komandirlərin əmrinə möhkəmləndirilmiş tank və topçu birlikləri verəilib. Bu birliklərə təyyarə və vertolyot dəstəyi də təmin edilir. Şam rəhbərliyinin məhz buna görə müxalifləri susdurmaq üçün Moskva rəhbərliyindən 2 ay vaxt istəyib.