Pizza nəhəngini də çökdürdülər!

17 İyun 2014 11:34 (UTC+04:00)

Pizza sahəsində dünyanın qabaqcıl adlarından Domino s Pizza hakkerlərin hücumuna məruz qalıb, 650 min müştəri şəxsiyyət məlumatları silinib.


Movqe.Az xəbər verir ki, hakkerlər, bu dəfə fidyə üçün "Domino s Pizza"ın təhlükəsizlik zəifliyini ələ keçirdiklərini deyib.


Hücum nəticəsində 650.000 müştərinin məlumatlarının ələ keçdiyi deyilir. Hakkerlərin verilənlər bazasını qorumaq üçün istədiyi fidyə isə 30.000 avro olub.


Ələ keçirilənlər bazasında Fransadakı 592.000 müştərinin, Belçikadakı 58.000 müştərinin məlumatlarının olduğu; bu məlumatlar arasında "müştərilərin" tam adlarının, ünvanlarının, telefon nömrələrinin, e-poçt ünvanlarının, müştərilərinin  və çatdırılma məlumatlarının olduğu deyilir.