NATO-dan xəbərdarlıq

17 İyun 2014 13:50 (UTC+04:00)

Bakıda keçirilən NATO Parlament Assambleyasının seminarında iştirak edən Ermənistan nümayəndə heyətinə xəbərdarlıq olunub. Seminarın ikinci günündə çıxış edən Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan gündəlikdən kənara çıxaraq, Azərbaycanı ittiham etməyə başlayıb. O, Azərbaycanın hərbi büdcəsini artırmasını real təhdidi kimi təqdim edib. 


Erməni nümayəndə heyətinin digər üzvi deputat Tevan Poqosyan Qarabağ münaqişəsinə görə Azərbaycanı günahlandırıb. O, deyib ki, SSRİ dağılanda Azərbaycanda külli miqdarda silah-sursatın qalıb. 


Seminarı aparan Todor Tagarev erməni nümayəndə heyətinə proqramı pozaraq, mövzudan kənara çıxmağa son qoymağı xahiş edib. Onlara xəbərdarlıq edilib.