Elektrik şəbəkənin maşını qəzaya düşdü, ölən var

17 İyun 2014 15:44 (UTC+04:00)

Ağır yol qəzası Xaçmaz rayonu ərazisində baş verib

Bu gecə Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Xudat-Nabran yolunun 4-cü kilometrliyində 1993-cü il təvəllüdlü Rəşad İslam oğlu Novruzovun idarə etdiyi "Nissan" markalı avtomobil yoldan çıxaraq aşıb.


Qəza nəticəsində avtomobildə olan sərnişin 22 yaşlı Kamil İsmət oğlu Ağamirzəyev ölüb. Sürücünün özü isə ağır yaralanıb.


Qeyd edək ki, Rəşad Novruzovun idarə etdiyi avtomobil Xaçmaz rayon Elektrik Birliyinə məxsusdur.


Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətovun Anspress-in bölgə müxbirinə verdiyi məlumata görə, hazırda faktla bağlı aradırma aparılır.