İnternetsiz "YouTube"

3 İyul 2012 17:25 (UTC+04:00)
Movqe.Az bildirir ki, İnternetə qoşulmadan "YouTube"dan video izləmək artıq mümkün olacaq. Google  "YouTube"la bağlı xüsusi yeni bir tətbiq yaradır. Belə ki, "YouTube" videoları müəyyən meyarlara bağlı qalmaqla birlikdə kompüterlərə endirilə biləcək və internet olmadan da izlənilə biləcək. Yəni "YouTube"da olan videolara xəttdə olmadan da izləmək şansına sahib olacaqsınız.

Ancaq hadisə tamamilə xəttin bağlı olması zamanı reallaşmayacaq. "YouTube" xüsusilə tərif haqqlarını da göz önünə alaraq, istifadəçilərin vərdişlərinə də baxaraq videoların kompüterlərə endirilməsini (Android yüklü cihazlara) təmin edəcək. Ancaq videonu "offline" olaraq oynatmaq istəyən istifadəçinin internetə saniyəlik bağlı olması lazımdır, çünki "Play" düyməsi basıldığında əvvəl internetə bağlanılır sonra isə internetə ehtiyac olmadan işarəli olan endirilmiş videolar izlənilə bilir.

Google, bu tətbiqdən hələlik Android yüklü cihazların faydalanacağını, ancaq gələcək zamanlarda iOS daxil olmaqla fərqli platformaları da düşünəcəklərini qeyd edib.