"Suriyaya gedənlər şəhid olmur" - İlqar Mikayıloğlu

17 İyun 2014 18:54 (UTC+04:00)

Aparıcı İlqar Mikayıloğlu İslam dininin təriqətlərə bölünməsini sərt tənqid edib. Mövqe.az xəbər verir ki, aparıcı İslamda sünni-şiə söhbətlərini edənləri qınayıb:  "İslamda sünni-şiə yoxdu. İslamda müsəlman var. Amma nadan müsəlman və kamil müsəlman... Nadanlar üz tutur Suriyaya və hər iki tərəfdən vuruşur. Hər bir halda şəhid olmur. Sadəcə ölür. Kamil müsəlman isə nadan müsəlmana silah verənə qarşı mübarizə aparır. Hadisələr onu göstərir ki, kamil müsəlman həddən artıq azdır".