Metroda kondisionerli vaqonlar nə vaxt olacaq?

17 İyun 2014 19:13 (UTC+04:00)

Havanın temperaturu yüksəldikcə yeraltı nəqliyyatda kondisioner problemi gündəmə gəlir. Movqe.az sərnişinlərin Bakı Metropoliteinində ən çox şikayətləndiyi havasızlıq məsələsi ilə bağlı QSC-ə sual ünvanlayıb. Bakı Metropolitenindən stansiya və vaqonlarda kondisionerlərin quraşdırılacağı məsələsinə belə aydınlıq gətirib. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Movqe.az-a açıqlamasında hazırda Metropolitendə kondisionerli vaqonlardan istifadə etmək imkanlarının məhdud olduğunu söyləyib.

O, gələcəkdə metroda kondisioner sisteminin qurşadırılması məsələsinin nəzərdən keçirildiyini də söyləyib: "Bakı Metropoliteni vaxtı ilə elə tikilib ki, orada kondisionerli vaqonlardan istifadə etmək mümkün deyil. Gələcək üçün bu məsələ nəzərdən keçirilir. Şərtlər uyğun olsa bu iş həyata keçiriləcək. Bakı Metropoliteni güclü ventilyasiya sisteminə malikdir. Metroda ventilyasilyasiya və havalandırma sistemi yüksək səviyyədə qurulub".

Amma. N. Paşayev yeni tikilən stansiyalarda kondisionerli vaqonların istismarı üçün şərait olduğunu söyləyib.