Qan təzyiqini 120-dən aşağı salmaq olmaz

18 İyun 2014 11:32 (UTC+04:00)

Hipertoniyadan əziyyət çəkən insanlar qan təzyiqi normadan artıq olan zaman onu dərmanlar vasitəsilə aşağı salmağa çalışırlar. Amma təzyiqin salınması vaxtı normaya riayət etmək lazımdır, "nə qədər aşağıdırsa, bir o qədər yaxşıdır" prinsipi həmişə düzgün olmur. Bu nəticəyə Ueyk Forest Universitetinin Baptist Tibb Mərkəzindən olan mütəxəssislər gəliblər. Sistolik qan təzyiqinin aşağı düşməsi pasientlərə fayda vermir. 

Hipertonik böhran vaxtı qan təzyiqinin 120-139-a qədər azalması insult, infarkt və ürəyin işemik xəstəliyi riskini azaldır. Lakin təzyiqin sonrakı azalması bu riski azaltmır. 

Həkimlər 4480 iştirakçı ilə keşirilən  21 illik tədqiqatdan sonra bu nəticəyə gəliblər.