Anar yenidən sədr oldu

17 İyun 2014 19:20 (UTC+04:00)
"Bu gün Bakıda Azərbaycan Yazıçılar Birliyinin (AYB) XII qurultayı keçirilib. Xalq yazıçısı Anar yenidən Yazıçılar Birliyinin sədri seçilib".
ANS PRESS-in məlumatına görə, bunu AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib. Onun sözlərinə görə, Anar qurultayda yeganə namizəd olub. Qurultayda həmçinin AYB-nin hazırkı katiblərinin də vəzifələrində qalması barədə qərar verilib. Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir