IŞİD, İraqda daha 15 Türkü qaçırdı

18 İyun 2014 11:25 (UTC+04:00)

İraqın Səlahəddin bölgəsinə aid Dor mahalı və Kərkük arasında bir inşaatdaçalışan işçilər IŞİD tərəfindən qaçırılıb. Sərbəst buraxılan bir işçi, 15-i Türkiyə Respublikasının vətəndaşı olan 60 işçinin IŞİD tərəfindən qaçırıldığını söyləyib. 


Movqe.Az xəbər verir ki, İraqda Dor və Kərkük arasında Türk firmasına aid 100 yataqlı bir xəstəxana inşaatda çalışan işçilər IŞİD tərəfindən qaçırılıb. Təşkilat qaçırdıqları işçilərdən sünni olanları azadlığa buraxıb. Sərbəst buraxılan bir işçi aralarında, Pakistan, Banqladeş, Nepal və Türkmənistanlıların da olduğu 60 işçinin IŞİD tərəfindən qaçırıldığını söyləyib.