"Naxçıvanlıların qonaqpərvəliyinə söz ola bilməz"- Ayan

18 İyun 2014 12:15 (UTC+04:00)

Müğənni Ayan Babakişiyeva Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Qurtuluş Gününə həsr olunan solo konsert proqramı ilə çıxış edib. Şəhər icra nümayəndəliyinin təşkil etdiyi konsertdə həm vətənpərvər, həm də repertuardan məhşur mahnılar səsləndirilib. Konserti çoxlu sayda şəhər sakini və rəsmi nümayəndələr izləyib.


Konsertdən böyük əhval-ruhiyyə ilə ayrılan sənətçi ertəsi gün Naxçıvanı qarış-qarış dolaşıb. Muxtar Respublikanın təbiətinin gözəlliyinə heyran qalan sənətçi fikirlərini Movqe.az-la bölüşüb:


"Naxçıvanlıların qonaqpərvəliyinə söz ola bilməz. Təbiətin və şəhərin gözəlliyi və təmizliyi insanı valeh edir. İnşallah qismət olsun Naxçıvan MR-ya səfərim davamlı edəcəm". 


https://www.youtube.com/watch?v=QVBxLRPM2t4&list=UUFmbkit1C6Jmdbq_ug_JyJw