"İstəyirəm gömgöy gözləri olan qızım olsun"-RÖYA

18 İyun 2014 14:05 (UTC+04:00)
Ötən gün Röya Ayxan Murad Arifin aparıcılığı ilə yayımlanan "Solo" verlişinin qonağı olub. Mövqe.az xəbər verir ki, aparıcı Röyadan gerçəkləşməsi istədiyi üç arzunu soruşub. Müğənni aparıcının sualını belə cavablayıb: "Nə istəmişəmsə Allah hər şeyi verib mənə... Çox xoşbəxtəm. Ancaq bundan sonra istəyərəm ki, canım sağ olsun, xəstələnməyim. İkinci istəyim o olar ki, məni sevən hər kəsin canı sağ olsun. Allah onları da var etsin. Üçüncü istəyim isə istəyirəm gömgöy gözləri olan bir qızım olsun".