İŞİD-in hədəfləri içində Azərbaycan da var

18 İyun 2014 17:48 (UTC+04:00)

İraqı işğal edən İŞİD-in növbəti hədəfləri açıqlanıb. 

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatlarda qeyd olunub ki, İŞİD Türkiyə, Kipr və Azərbaycanı işğal etmək niyyətindədir. Həmçinin Rusiya kütləvi informasiya vasitələrində yayılan məlumatlarda İŞİD-in yaxın vaxtlarda yuxarıda adı çəkilən dövlətlərə hücum etməyi planlaşdırdığı da qeyd olub. İran mətbuatında isə İŞİD-in işğal etdiyi torpaqlarda öz xəyal etdiyi dövləti qurmaq istədiyi qeyd olunub


Xatırladaq ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər. 


Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki həmçinin Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.