ARDNŞ-in iki işçisi bədbəxt hadisə nəticəsində öldü

18 İyun 2014 19:15 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) iki əməkdaşı bədbəxt hadisənin qurbanı olub. ARDNŞ-dən anspress-ə verilən məlumata görə, "Qala" sahəsində bədbəxt hadisə baş verib. Hadisə bu gün qeydə alınıb. 


"Azneft" İstehsalat Birliyi H.Z.Tağıyev adına NQÇİ-nin istismar etdiyi "Qala" sahəsində ləğv olunmuş köhnə quyuların təmizlənməsi prosesi zamanı 5-ci mədən ərazisindəki 1989-cu ildən ləğv edilmiş 1249 nömrəli quyunun ağzında yığılmış qaz partlayıb. 


Nəticədə NQÇİ-nin elektrik qaz qaynaqçıları - 1965-ci il təvəllüdlü Əliyev Zakir Əsədulla oğlu və 1963-cü il təvəllüdlü Baranov Dmitri Viktoroviç xəsarət alaraq ölüblər.