Kuboku bu qız verəcək

19 İyun 2014 00:34 (UTC+04:00)

Braziliyada keçiriləcək Dünya Çempionatının qalibinə kuboku verəcək şəxsin adı açıqlanıb. FİFA daha öncə mükafatın ölkə prezidenti Dilma Rousseff tərəfindən verilməsini nəzərədə tutub. Lakin sonradan bunun xalq tərəfindən xoş qarşılanmayacağını nəzərə alan FİFA sürpriz həmlə edib. 


Movqe.az-ın məlumatına görə, 2014 Dünya çempionatının qalibinə kuboku əslən braziliyalı olan Jisel Bündxen təqdim edəcək. 


Yarışın finalı iyulun 13-də "Marakana" stadionunda olacaq. Model onun üçün xüsusi olaraq tikilən geyimdə stadiona çıxacaq və kuboku təqdim edəcək. 


Qeyd edək ki, braziliyalı model eyni zamanda BMT-nin Ərtaf Mühit proqramı üzrə xoşməramlı səfirdir.