İran İŞİD-ə hücum etməyə hazırdır

18 İyun 2014 19:35 (UTC+04:00)

İraq Şam İslam Dövləti İraqda yerləşən müqəddəs türbələrə hücum edərsə, tərəddüd etmədən bunun qarşılığını verəcəyik. 


Anspress-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani deyib.


O, bildirib ki, İraqda bütün şiələr üçün müqəddəs məkanlar var. Həmin məkanlara "qatil və terrorçular" zərrə qədər ziyan vurduğu təqdirdə bunun cavabını artıqlaması ilə verəcəyik. "Müqəddəs məkanları İŞİD terrorçularından qorumaq üçün minlərlə insan İraqa gedib döyüşməyə hazırdır", - deyə Ruhani bildirib.


Qeyd edək ki, İŞİD Mosul və Tikriti ələ keçirdikdən sonra bəyan etmişdi ki, Bağdad, Kərbəla və Nəcəf şəhərlərini də tutacaq.