Paytaxtda 55 yaşlı qadın küçədə ölüb
19 İyun 2014 10:39 (UTC+04:00)
Bakının Nizami rayonunda 55 yaşlı qadın edə küçədəcə qəfildən
dünyasını dəyişib.APA TV-nin məlumatına görə, hadisə Qara Qarayev
prospekti 96 ünvanında metronun "Neftçilər" stansiyasının
yaxınlığında başverib. Şəki şəhər sakini Əbdürrəhimova Nərgiz
Həbullah qızı kirayədə yaşadığı mənzilə gedən zaman halı
pisləşib. Qadın yaşadığı binanın qarşısında yerə yıxılıb.
Bina sakinləri 55 yaşlı qadına ilkin yardım göstərsələr də, Nərgiz
Əbdürrəhimovanın vəziyyəti get-gedə pisləşdiyindən, təcili tibbi
yardıma məlumat verilib. Lakin həkim briqadası gələnə qədər qadın
dünyasını dəyişib. Hadisə yerində təcili tibb yardım stansiyasının
həkimləri ilə mərhumun qohumları arasında qarşıdurma yaranıb.
Nizami Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları da
hadisə yerində araşdırma aparıblar. Şahidlərin və dünyasını dəyişən
qadının yaxınlarının ifadələri alınıb. İlkin araşdırma nəticəsində
məlum olub ki, Nərgiz Əbdürrəhimova bir müddətdir "8-ci
kilometr bazarı"nda ticarətlə məşğul olurmuş. Hadisədən bir neçə
gün əvvəl isə, o, ürək ağrılarından şikayət ediyinə görə həkimə
müraciət edib. Qadının məhz ürəyindəki problemlər üzündən dünyasını
dəyişdiyi ehtimal olunur.
Hadisə yerində aparılan araşdırmadan sonra isə meyit daxili müayinə
üçün ekspertizaya aparılıb. Ölümün dəqiq səbəbi Nizami rayon
Prokurorluğundakı araşdırmalardan sonra məlum olacaq.