İlham Mirzəyevi dostları dar günündə tək buraxıb

19 İyun 2014 11:08 (UTC+04:00)

Bu gün hazırda həbsdə olan teleaparıcı-baxıcı İlham Mirzəyevin 48 yaşı tamam olur. 


Mövqe.az xəbər verir ki, aznews.az saytı teleaparıcının vəkili Xanlar Bayramzadədən Mirzəyevi kimlərin təbrik etməsi ilə maraqlanıb. 


Vəkil bildirib ki, İlham Mirzəyev həbs olunan gündən onunla ailəsindən başqa heç kəs maraqlanmayıb: "İlham Mirzəyevi məndən heç kim soruşmur və o, təcridxanada olduğundan yanına heç kim buraxılmır. Azadlıqda olanda ətrafında insanlar çox olub. Amma hazırda onunla bağlı məndən heç kim heç nə soruşmur". 


Qeyd edək ki, İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət işi açılıb. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.