ABŞ-ın vitse-prezidenti Rusiyanı yeni sanksiyalarla hədələyib

19 İyun 2014 12:44 (UTC+04:00)

ABŞ-ın vitse-prezidenti Co Bayden Rusiyanı yeni sanksiyalarla hədələyib.


APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, C. Bayden və Ukrayna prezidenti Petro Poroşenko arasında telefon danışığı olub.

 

ABŞ-ın ikinci adamı bəyan  edib ki, Moskva Ukraynanın şərqində separatçıların zorakılığını dayandırmaq üçün öz təsirindən istifadə etməsə, ABŞ bu ölkənin əlavə zərərlərə məruz qalması üçün öz müttəfiqləri ilə iş aparacaq. "ABŞ-ın vitse-prezidenti Ukrayna dövlət başçısının ölkənin şərqində sülh və sabitliyin bərpası üçün göstərdiyi ciddi səylərini qətiyyətlə dəstəkləyib", - deyə Ukrayna prezidentinin saytına bildirilib.