Bulvarda qadını hamının gözü qarşısında döydülər

19 İyun 2014 12:46 (UTC+04:00)

Bakının Səbail rayonu ərazisində, insanların gözü qarşısında 41 yaşlı qadını vəhşicəsinə döyüblər. 


Səbail rayon Polis İdarəsindən Aspress-ə verilən məlumata görə, Neftçilər prospekti-133 ünvanında, Dənizkənarı Milli Parkda 1973-cü il təvəllüdlü Sevinc Əlisa qızı Məmmədova hücuma məruz qalıb.


Qadını möhkəm döyüblər. Qadına xəstəxanada yardım göstərilib. Hazırda onun vəziyyəti kafidir.


Qadının kim və nə səbəbdən döyüldüyü məlum deyil.


Faktla bağlı araşdırma aparılır.