Araz Əzimov: “Azərbaycanın istəyi Ermənistanın konstruktiv yola çıxması, torpaqların boşaldılmasıdır”

19 İyun 2014 15:40 (UTC+04:00)

 "Azərbaycan və Ermənistan prezidentlərinin Fransada planlaşdırılan görüşü haqda konkret məlumata malik deyiləm. Bu görüşdən gözləntilərimizə gələndə, istəyimiz ilk növbədə Ermənistanın mövqeyində dəyişikliklər, İrəvanın konstruktiv yola çıxması, torpaqların boşaldılması, Azərbaycanın göstərdiyi kompromis imkanlara hazır olmasıdır".


Movqe.az-ın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov deyib.


Dünyada Dağlıq Qarabağ münaqişəsinin həllində ən maraqlı tərəfin Azərbaycan olduğunu qeyd edən A. Əzimov bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasını istəyir.


"Azərbaycan işğal altında olan ərazilərində normal şərait, normal həyat yaratmaq, investisiya qoymaq, bir sözlə, bu torpaqları inkişaf etdirmək istəyir. Bu vəziyyət insanlara, torpaqlara nə qədər ziyan vurur. Ərazilərimiz nə qədər inkişafdan qalırsa, gələcəyə də bir o qədər ziyan dəyir", - deyə A. Əzimov bildirib.