Bakıda işdən çıxarılan neftçi özünü asdı

19 İyun 2014 15:24 (UTC+04:00)
Azərbaycanda işdən çıxarıldığı deyilən neftçi intihar edib. Movqe.az-ın məlumatına görə, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə məlumat yayıb. Hüquq müdafiəçisi bildirib ki, 40-45 yaşlarında olan Kövsərov Etibar Nadir oğlu "Bahar enerji" əməliyyat şirkətində elektrik işləyib. Lakin ixtisarlar adı ilə işdən çıxarılıb. Mirvari Qəhrəmanlının yazdığına görə, işini itirən elektrikçinin maddi durumu ağır olub.