İstirahət mərkəzlərində qadın alveri
19 İyun 2014 16:38 (UTC+04:00)
"İstirahət mövsümünün başlanması fahişəliklə məşğul olan qadınların
bu cür obyektlərə axınını artırıb. Hər zaman olduğu kimi, bu
mövsümdə köhnə peşə sahibləri yaxşı qazanc əldə etmək üçün
istirahət məkanlarını özlərinə hədəf seçərək belə obyektlərə
axışırlar. Çünki bu cür onyektlər hələ də çox təəssüf ki,
tələb-təklif üçün əlverişli məkan olaraq qalır". Bu sözləri
Movqe.az-a açıqlamasında "Təmiz Dünya"
İctimai Birliyinin sədri Mehriban Zeynalova söyləyib. M. Zeynalova
bildirib ki, bu cür məkanlar istirahət üçün nəzərdə tutulsa da,
bəzən priton kimi də fəaliyyət göstərir. Ona görə də bu cür
obyektlərə nəzarət gücləndirilməlidir. M. Zeynalova bəzən bu cür
məkanlara qadın alverçilərinin də ayaq açdığını bildirib. Onun
sözlərinə görə, bu tip obyektlərdə tələb-təklifi üstələdiyindən,
insan alveri ilə məşğul olanlar çox vaxt həmin məkanları ticarət
üçün hədəf seçir. Odur ki, belə faktlarla qarşılaşan insanlar hüquq
mühafizə orqanlarına məlumat verməlidirlər".