Amerikanın rok qrupu Ginnes Rekordlar kitabına düşdü
4 İyul 2012 12:00 (UTC+04:00)
Movqe.Az Rolling Stone jurnalına istinadən xəbər verir ki,
Amerikanın "The Flaming lips" rok qrupu bir sutka ərzində
Memfisdən Yeni Orleana qədər 8 şəhərdə
dayanmadan konsert veriblər. Onlar Jay-Z -nin, Beyonsun həyat
yoldaşının rekordunu təzələyiblər. Jay-Z bir sutka ərzində 7
konsert vermişdi və şəhərlərə getmək üçün təyyarədən istifadə
etmişdir. Lakin "The Flaming lips "
rok qrupu isə Jay-Z qədər varlı olmadığından konsertlərinə
adi avtobusla gediblər. Rok qrupu konsertdə 26 iyun tarixində
çıxartdığı yeni albomundan olan mahnıları ifa edib. Konsertlər
canlı yayımla izlənilib.


