Bakıda dəmir yolu deposunda yanğın baş verib

20 İyun 2014 10:45 (UTC+04:00)

Alovun miqyası böyük olduğundan hadisə yerinə FHN yangından mühafizə xidmətinin yangın söndürənləri cəlb olunub

 Gecə Bakı Binəqədi rayonu Biləcəri qəsəbəsində yanğın baş verib. Hadisə lokomativ dəmir yolunun deposunun ərazisində qeydə alınıb. 


Hadisə qəsəbə ərazisində yerləşən dəmir yolu deposundakı məişət tullantılarının olduğu yerdə baş verib. Hadisə barədə əvvəlcə əraziyə yaxın yerdə məskunlaşan qaçqın və məcburi köçkünlər xəbər tutub. Alovun miqyası böyük olduğundan hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yangından mühafizə xidmətinin yangın söndürənləri cəlb olunub. Yangının qarşısını tam almaq üçün əraziyə əlavə olaraq canlı qüvvə və texnika çağrılıb.


Görülən tədbirlər nəticəsində yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə və daha geniş ərazini əhatə etməsinə imkan verilməyib. Alovun qarşısı yanğınsöndürənlər tərəfindən vaxtında alınıb. 


Araşdırma zamanı məlum olub ki, yanğın zamanı təqribən 60 kv metr ərazi yanıb. İlkin ehtimala görə yanğın hadisəsi ehtiyatsızlıq səbəbindən, yəni məişət tullantılarının atıldığı ərazidə odla düzgün rəftar edilməməsinə görə baş verib. Daha dəqiq səbəblərə isə hadisə ilə bağlı başlanan araşdırmalardan sonra aydınlıq gətiriləcək.

(anspress)