Diqqət! YouTube kredit kartı məlumatlarınızı oğurlayır!

20 İyun 2014 12:01 (UTC+04:00)

"Youtube"dan öz pis niyyətləri üçün istifadə edənlərin sayı artır. "Digital Citizens Aliance" adlı online təhlükəsizlik qurumunun yayımladığı hesabat maraqlı nəticələri ortaya çıxarıb. Hakkerlər artıq ələ keçirdikləri kredit kartı məlumatlarını satmaq üçün YouTube videolarını istifadə edir. Hazırda, on minlərlə YouTube videosunda, oğurlanmış kartları satmaq üçün elanlar və məlumatlar yer alır.


Movqe.Az xəbər verir ki, qrupun araşdırmasına görə hakkerlər, ələ keçirdikləri kartları satmaq üçün YouTube videolarına reklam verirlər. Həmçinin, əksər hakkerlər qeyri-qanuni işlərlə məşğul olmaq istəyəcək potensial müştərilərinə çatmaq üçün kredit kartı nömrələrinin necə oğurlanacağına dair üsullar izah edən videolar hazırlayıb yükləyirlər. Beləcə YouTube sürətlə böyüyən bir cinayət universiteti halına gəlir.

YouTube-da hələ də kredit kartlarının necə oğurlanacağını  izah edən 16 min video yer alır."