Domino s Pizza hakkerlərinin təhdidi yalan olub!

20 İyun 2014 12:48 (UTC+04:00)

Bazar ertəsi günü Domino s Pizza'nın Fransa və Belçika veb saytlarını çökdürərək 600 min istifadəçinin detallarını ələ keçirdiyini iddia edən hakkerlər, təhdidlərini yerinə yetirmədilər və məlumatları yayımlamadılar. Movqe.Az xəbər verir ki,  Domino s Pizza, hakkerlərin hücumlarına qurban olduğunu, 600 mindən çox istifadəçinin məlumatlarının ələ keçmiş ola biləcəyini qəbul etmişdi. Hücumu boynuna götürən Tvitter hesabı @ RexMundi_Annon, müştəri adlarını, telefon nömrələrini, e-poçt ünvanlarını, küçə ünvanlarını və şifrələri ələ keçirdiyini söyləmişdi. Hakkerlər, daha sonra Domino s Pizza'nın onlara bazar ertəsi axşamına qədər 30 min avro ödəməmələri halında bütün məlumatları yayınlayacaqlarını söyləmişdilər.


Lakin təcavüzkarların söylədiyi vaxt gəldiyində hər hansı bir məlumat yayımlanmayıb.