Milli Məclisin növbədənkənar xüsusi sessiyasının ilk iclası keçirilir

20 İyun 2014 13:12 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin növbədənkənar xüsusi sessiyasının ilk iclası başlayıb. APA-nın məlumatına görə, iclası açıq elan edən sədr Oqtay Əsədov gündəliyi elan edib.


Gündəliyə əvvəldən nəzərdə tutulan 26 məsələdən əlavə, daha 5 məsələ daxil edilib və ümumilikdə 31 məsələ müzakirəyə çıxarılıb. Yeni əlavə olunan maddələr bir neçə rayonun apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi ilə bağlıdır.