Timati «Давай, до свидания» ,Alla Puqaçova «Не высовывайся, детка» oxudu

4 İyul 2012 13:05 (UTC+04:00)
Mövqe.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Alla Puqaçova və Maksim Qalkin son zamanlarda şou-biznes aləmində baş verən qalmaqallara münasibət bildirib. Müğənni Filip Kirkorovun Timati ilə qalmaqalı, Kseniya Sobçakın müxalifətçilik etməsi Rusiya şou-biznesinin diqqətindədir. Lakin Alla Puqaçova da həmişə olduğu kimi indi də ,özünü xatırlatmağın yolunu tapır. Timatinin Filip haqqında oxuduğu   "Давай, до свидания"  repindən sonra, Alla Puqaçova Kseniya Sobçak üçün  "Не высовывайся, детка"  mahnısını oxudu.

Bu yaxınlarda 36 yaşını qeyd edən Maksim Qalkin isə Alla ilə evliliyi haqqında danışdı. Maksim: "  Evdəki hovuzun təmiri başa çatıb, indi uşaq otağını düzəldirik" dedi.